Çempionlar Liqasının finalında "İnter" - PSJ görüşü olacaq

UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gətirilib.
"Mediasport" xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab qarşılaşması Parisdə oynanılıb və "İnter"in həlledici dueldəki rəqibi müəyyənləşib.
1/4 finalda Madrid "Real"ını sürpriz şəkildə mübarizədən kənarlaşdıran "Arsenal"ın PSJ-yə Fransada da məğlub olub.
Xatırladaq ki, Avropanın bir nömrəli klub yarışının final oyunu mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da keçiriləcək.
UEFA Çempionlar Liqası. Yarımfinal. Cavab oyunu
PSJ (Fransa) - "Arsenal" (İngiltərə) 2:1
Qollar: Fabian Ruiz, 27, Əşrəf Hakimi, 72 - Bukayo Saka, 76.
Baş hakim: Feliks Svayer (Almaniya)
Paris, "Park de Prins". İlk oyun - 3:3.