Premyer Liqa klubunun təklifini geri çevirdi, xaricə getmək istəyir

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz" heyətini "Səbail"in futbolçusu Rüfət Abdullazadə ilə gücləndirməyə çalışır.
Mövsüm başa çatan kimi 9 oyunçusu ilə vidalaşan qərb təmsilçisi vingerə müqavilə təklif edib.
Lakin karyerasını xaricdə davam etdirmək istəyən 24 yaşlı yarımmüdafiəçi dəvətə müsbət yanaşmayıb.
O, tovuzlulara legioner həyatı yaşamağı düşündüyünü bildirib.
Qışda "Ərzurumspor"un maraqlandığı istedadlı futbolçu yenidən Türkiyə klubunun diqqət mərkəzində olsa da, rəsmi dəvət almayıb.
Mediasport.com.az