U-21 millimiz Bakıda Omanın U-23 komandası ilə görüşür - Yenilənir
Futbol üzrə U-21 Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv növbəti dəfə Omanın U-23 komandası ilə qarşılaşacaq.
Masazır stadionunda baş tutacaq görüş saat 17:00-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında iki gün əvvəl reallaşan matç futbolçularımızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

