Elçin Məsiyev zədələndi, yerinə Rauf Cabarov təyin edildi

Elçin Məsiyev zədələndi, yerinə Rauf Cabarov təyin edildi

Azərbaycan Premyer Liqasının XII turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik baş verib.

"Mediasport" xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün “Karvan-Yevlax” - “Kəpəz” görüşünün baş hakimi Rauf Cabarov olacaq.

Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.

“Araz-Naxçıvan” - “Turan Tovuz” oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.