"Atletik"lə çətin səfər oyunu öncəsi "Qarabağ"a MÜJDƏ VERİLDİ

UEFA Çempionlar Liqasının əsas mərhələsində uğurla irəliləyən "Qarabağ" "Atletik"lə görüş öncəsi şad xəbər alıb.
Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, 1-ci turun "Benfika" ilə səfər qarşılaşmasında zədə alan Marko Yankoviç sıraya dönüb.
Fərdi məşqlərə başlayan monteneqrolunun ən qısa zamanda kollektiv çalışmalarda iştirak edəcəyi bildirilir.
Qurban Qurbanov İspaniya səfərində Markonun xidmətindən qismən istifadə edə bilər.
"Atlılar"ın döyünən ürəyinin meydana start heyətdə çıxması bir qədər riskli olduğundan həkimlər futbolçunun oyuna sonradan qoşula biləcəyinə dair müsbət rəy veriblər.
Xatırladaq ki, Bilbao təmsilçisi ilə duel oktyabrın 22-də "San Mames" stadionunda reallaşacaq.
Azərbaycan çempionu Liqa mərhələsində iki turdan sonra maksimum nəticə ilə liderlər qrupunda qərarlaşıbsa, ispanların xalı yoxdur.