"Qarabağ"ın Çempionlar Liqasında rəqibi müəyyənləşir - YENİLƏNİR
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Mediasport" xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə bu raunda yüksələn "Qarabağ"ın da rəqibi dəqiqləşəcək.
İsveçrədə baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan “Monako” və “Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən (PSJ və "Nyukals") biri ilə qarşılaşacaq.
Pley-off mərhələsinin ilk oyunları 17-18 fevral, cavab görüşləri isə 24-25 fevral tarixlərində baş tutacaq.
Azərbaycan çempionunun ilk görüşü səfərdə reallaşacaq.
“Qarabağ” - PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vurmuş “Barselona” və ya 6-cı olmuş “Çelsi” ilə üz-üzə gələcək.
Püşkatmadan öncə 16 komanda iki səbətə bölünüb:
Səpələnmişlər (9-16-cı yerlər)
"Real" M. (İspaniya)
"İnter" (İtaliya)
PSJ (Fransa)
"Nyukasl" (İngiltərə)
"Yuventus" (İtaliya)
"Atletiko" (İspaniya)
"Atalanta" (İtaliya)
"Bayer" (Almaniya)
Səpələnməmişlər (17-24-cü yerlər)
"Borussiya" D. (Almaniya)
"Olimpiakos" (Yunanıstan)
"Brügge" (Belçika)
"Qalatasaray" (Türkiyə)
"Monako" (Fransa)
"Qarabağ" (Azərbaycan)
"Budö-Qlimt" (Norveç)
"Benfika" (Portuqaliya)
