"Zirə"də 2 illik yeni ANLAŞMA

“Zirə” Georgi Papunaşviliylə yeni iki illik müqavilə bağlayıb.
"Mediasport" xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi 2026/27 mövsümünün sonuna qədər qəsəbə təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Papunaşvili 2024-cü ilin yayından "Zirə"nin şərəfini qoruyur.