Argentinanın qapısına vurulan qol DÇ-nin ən yaxşısı seçildi - VİDEO
Futbol üzrə Dünya Kuboku-2026-da vurulan ən yaxşı qol müəyyənləşib.
"Mediasport"xəbər verir ki, FİFA-nın keçirdiyi azarkeş səsverməsinin nəticələrinə əsasən, Kabo Verde millisinin müdafiəçisi Sidni Lopes Kabral bütün rəqiblərini qabaqlayıb.
23 yaşlı müdafiəçinin 1/16 finalda Argentina yığmasının qapısına vurduğu bərabərlik qolu (2:2) 1-ci yerə layiq görülüb.
Kabral Özbəkistan komandasından Eldor Şomurodov və Haiti kollektivindən Vilson İsidoru geridə qoyub.
Qalib adına namizədlərdən Kilian Mbappe (Fransa), Lionel Messi (Argentina), Cud Bellingem (İngiltərə) və Ferran Torres (İspaniya) "3-lüy"ə düşə bilməyib.


