Bölgə klubunda yeni baş məşqçi

 Bölgə klubunda yeni baş məşqçi

“İmişli” klubunda baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası köməkçi məşqçi Ervins Perkonsa həvalə olunub.

"Mediasport" xəbər verir ki, latviyalı mütəxəssis müvəqqəti olaraq komandanın məşq prosesinə və oyunlara hazırlığına rəhbərlik edəcək.

Xatırladaq ki, aran təmsilçisi 2 gün əvvəl baş məşqçi Fərid Namazovla yollarını ayırıb.