Bu klublar 1-ci dövrədə evdə oyun keçirə bilməyəcək - YENİ QƏRAR
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümündən etibarən süni işıqlandırma sistemi olmayan stadionlarda I dövrədə ev oyunları keçirilməyəcək.
"Mediasport" xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov deyib.
Qurum rəsmisi bildirib ki, yeni təqvimə əsasən, bəzi komandalar ardıcıl dörd səfər matçında meydana çıxmaq məcburiyyətində qala caqlar.
Ancaq qərar komandaların mövsüm ərzində keçirəcəyi ev və səfər oyunlarının sayına təsir göstərməyəcək.
Yaranacaq balanssızlıq ikinci dövrədən etibarən kompensasiya olunacaq.
Xatırladaq ki, Premyer Liqada yeni mövsüm avqustun 14-də start götürəcək.


