"Sabah"dan ayrılan hücumçu Bosniya klubu ilə müqavilə bağladı
Ötən ay “Sabah”dan ayrılan Nyeqoş Kupusoviçin yeni komandası müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 25 yaşlı hücumçu karyerasını Bosniya və Herseqovinada davam etdirəcək.
Forvard Yüksək Liqa təmsilçisi “Radnik”də oynayacaq.
Onunla 2027-ci il mayın 31-nə qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Nyeqoş 2024-cü ildən forma geyindiyi Azərbaycan klubunun heyətində 29 matç, 2 qolla yadda qalıb.
