"Neftçi"də 2 yeni müqavilə

"Neftçi"də 2 yeni müqavilə

"Neftçi" kapitanları Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.

"Mediasport" xəbər verir ki, yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə 2 illik müqavilə imzalanıb.

2017/18 mövsümündən "ağ-qaralar"ın formasını geyinən Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.

Paytaxt təmsilçisinin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində klubun uğurları üçün çalışıb və 25 rəsmi oyun keçirib.