"Kəpəz" ölkə çempionatlarında 700-cü oyununu keçirdi

"Kəpəz" ölkə çempionatlarında 700-cü oyununu keçirdi

"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Gəncə klubunun yubileyi Misli Premyer Liqasının XVIII turuna təsadüf edib.

Qərb təmsilçisi "Şamaxı" ilə ev matçında 0:2 hesabı ilə uduzub. "Kəpəz" 700 oyunda 293 qələbə qazanıb, 146 heç-heçə edib və 261 dəfə məğlub olub.

1040 qol vuran komanda öz qapısında 889 top görüb.

Gəncə klubu evdə 342, səfərdə 346, neytral meydanda isə 12 oyun keçirib. "Kəpəz" oyun sayında yalnız "Qarabağ", "Neftçi" və "Şamaxı"dan geri qalır.

Qeyd edək ki, ilk matçını 1992-ci il mayın 3-də keçirən Gəncə təmsilçisi evdə "Turan"a 2:1 hesabı ilə qalib gəlib.