"Sabah"ın legioneri Çempionlar Liqasının rəzmi heyətinə düşdü

"Sabah"ın legioneri Çempionlar Liqasının rəzmi heyətinə düşdü

Məşhur statistika portalı “Sofascore” UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci turun rəmzi heyətini müəyyənləşdirib.

"Mediasport" xəbər verir ki, simvolik yığmada “Sabah”ın qapıçısı Stas Pokatilov da yer alıb.

Qazaxıstanlı qolkiper "11-liy"ə 9,7 ballıq qiymətləndirilmə ilə düşüb.

Xatırladaq ki, Pokatilov komandasının Bakıda “Slaviya”nı (Çexiya) məğlub etdiyi (2:0) qarşılaşmada bir neçə qurtarışla yadda qalıb.