"Neftçi"nin yeni baş məşqçisi Ukrayndan necə çıxdığını açıqladı
“Müqaviləm bitənə qədər icazə almışam. Müddət başa çatandan sonra mütləq qayıtmalıyam və bunu edəcəyəm. Əgər daha tez ehtiyac yaranarsa, o zaman da qayıda bilərəm".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni baş məşqçisi Vitali Vernidub deyib.
Ukraynalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində Azərbaycana necə gəldiyini açıqlayıb:
"İcazəm yüksək səviyyədə təsdiqlənib. Kim tərəfindən verildiyini dəqiq bilmirəm. Yalnız onu bilirəm ki, icazə sənədində köməkçilərimin də adları var. Yoxsa icazəsiz heç kim ölkədən çıxa bilməzdi. Artıq işə başlamışıq, bütün fikrimizi işimizə fokuslamışıq".
Xatırladaq ki, Ukraynada hərbi vəziyyət olduğuna görə, yaşı 60-dək olan kişilərin ölkə ərazisindən xüsusi icazəsi olmadan çıxışı qadağandır.
Vernidub bir neçə gün əvvəl "ağ-qaralar"la 1,5 illik müqavilə bağlayıb.
