"Neftçi" ilk yoxlama matçına çıxır
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama matçında qüvvəsini sınayacaq.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" ÇFR-lə (Kluj, Rumıniya) qarşılaşacaq.
Duel Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Yuri Vernidubun komandası iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də "Osiyek"lə (Xorvatiya) üz-üzə gələcək.


