"Kəpəz"də yeni müqavilə

 "Kəpəz"də yeni müqavilə

"Kəpəz" daha bir futbolçunun müqaviləsini uzadıb.

"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi Elgün Bayramovla yeni anlaşma əldə edib.

Qapıçı gələn mövsümün sonunadək qərblilərin heyətində olacaq.

23 yaşlı qolkiper geridə qalan mövsümdə “Kəpəz”də 2 oyun keçirib.