"Sabah"ın yetirməsi karyerasını Qarabağ klubunda davam etdirəcək
1-ci Liqada debüt edəcək "Xankəndi" heyətini gücləndirib.
"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi Səbuhi Qurbanovu transfer edib.
21 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
"Sabah"ın yetirməsi Masazır klubunun aşağı yaş qrupu üzrə komandalarında oynayıb.


