Kadi "Qarabağ"ı 1000 manat, azarkeşləri isə 6 min ziyana saldı
AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Kadi Borjesin cəzasını açıqlayıb.
"Mediasport" xəbər verir ki, Premyer Liqanın 20-ci turunun "İmişli" ilə matçında meydandan qovulan braziliyalı vinger iki oyunluq cəza alıb.
Ağdam klubu, həmçinin cərimə olaraq 1 000 manat ödəyəcək.
"Atlılar" qarşılaşmanın sonunda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə 6 000 manat ziyana düşüb.
