"Şamaxı" legioneri ilə vidalaşdı
"Şamaxı" daha bir legioneri ilə yola davam etməmək qərarı alıb.
"Mediasport" xəbər verir ki, əyalət təmsilçisi Alfons Mabula Msanqa ilə müqaviləni yeniləməyib.
Alfons başa çatan sezon "Şamaxı"nın heyətində ümumilikdə 32 oyuna çıxıb və 3 qol vurub.
Beləliklə, 2025/2026 mövsümü başa çatdıqdan sonra bölgə təmsilçisi 17-ci futbolçusu ilə vidalaşıb.
Onadək "şirlər"i Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev, Bilal İsmayılov, Sezar Enrike və Ravil Qafarov tərk edib.
View this post on Instagram


