"Qarabağ"da ayrılıq oldu - RƏSMİ

"Qarabağ"da ayrılıq oldu - RƏSMİ

"Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin yanvarında “Qarabağ”a keçən Rüstəm Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.