"Zirə"nin legionerləri ölkələrinin yığmalarına dəvət edildilər

"Zirə"nin 3 legioneri növbəti dəfə ölkələrinin milli komandalarına dəvət ediliblər.
"Mediasport" xəbər verir ki, İssa Cibrila, Anj Mutsinzi və Rikardo Martins Gimaraynş mart ayının sonunadək yığmalarının düşərgəsində qalacaq.
İssa Niger, Mutsinzi Ruanda, Rikardo Martins isə Mozambik millisinin görüşlərində baş məşqçilərin sərəncamında olacaq.