Əliyar Ağayev və Zeynal Zeynalov görüşdən öncə mükafatlandırıldı

Azərbaycan Premyer Liqasında 2025-26 mövsümünə "Karvan-Yevlax" - "Qəbələ" matçı ilə start verilib.
"Mediasport" xəbər verir ki, Şamaxıda baş tutan görüşün start fitindən öncə qarşılaşmanın baş hakim nominasiyasında Əliyar Ağayev və baş hakimin köməkçisi nominasiyasında Zeynal Zeynalov mükafatlandırılıb.
Onlar AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleke və sabiq hakim Rüstəm Rüstəmov tərəfindən mərhum Tofiq Bəhramovun adına təsis olunmuş "İlin Mükafatı" ilə təltif ediliblər.