"Şamaxı" müdafiəçi transfer etdi

  "Şamaxı" müdafiəçi transfer etdi

"Şamaxı" daha bir futbolçunun transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, bölgə klubu cinah müdafiəçisi Hacıəli Şirəliyevi heyətinə qatıb.

"Şirlər" 21 yaşlı futbolçu ilə üç (2+1) illik müqavilə imzalayıb.

O, karyerası ərzində "Səbail" və "Difai" klublarının da formasını geyinib.