"Neftçi" "Qarabağ"ın təklifini qəbul etmədi - Qarşılaşma baş tutacaq

"Neftçi" "Qarabağ"ın təklifini qəbul etmədi - Qarşılaşma baş tutacaq

Azərbaycan Premyer Liqasının 21-ci turunun "Neftçi" - "Qarabağ" oyunu təxirə salınmayacaq.

Bu barədə "Mediasport"a son çempionun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Paytaxt klubu Ağdam təmsilçisinin təklifini qəbul etməyib:

"UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl Yunayted"lə keçiriləcək səfər matçı ilə əlaqədar Peşəkar Futbol Liqasına (PFL) klubumuz tərəfindən müraciət edilib. Lakin "Neftçi"nin etirazı nəzərə alınaraq, müraciət qəbul olunmayıb".

Görüş əvvəldən təyin edildiyi kimi, fevralın 21-də keçiriləcək.

Xatırladaq ki, saat 19:00-da "Palms Sports Arena"da matça çıxacaq Qurban Qurbanovun komandası ertəsi gün İngiltərə səfərinə yola düşəcək.