"Neftçi" bu mövsüm ilk dəfə...

"Neftçi" bu mövsüm ilk dəfə...

“Neftçi” Premyer Liqanın 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

"Mediasport" xəbər verir ki, Samir Abasovun komandası XXXV turda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

“Ağ-qaralar” sonuncu böyükhesablı qələbəni də ötən mövsümün XXXV turunda, mayın 18-də, elə “Səbail”lə görüşdə eyni hesabla qazanmışdı.

365 gün əvvəlki qələbə səfərdə əldə olunub. Bununla da “Neftçi” ölkə çempionatları tarixində 31-ci fərqli mövsümdə böyükhesablı qələbə qazanıb.

Yalnız 2009/10 və 2015/16 mövsümlərində “ağ-qaralar” belə nəticəyə sevinməyib. 31 fərqli mövsümdə böyük hesabla qalib gəlməklə çempionatlar tarixində yeni rekord qeydə alınıb.