Premyer Liqa klubunun məşqçilər korpusu müəyyənləşdi - FOTO

Premyer Liqa klubunun məşqçilər korpusu müəyyənləşdi - FOTO

Uzun illər aradan sonra Premyer Liqada iştirak edəcək "Karvan"ın baş məşqçisinin kimliyi açıqlanıb.

"Mediasport" xəbər verir ki, Yevlax klubunu Azər Həşimov çalışdıracaq.

Gənc mütəxəssisin köməkçisi Zaur Hacıyev olacaqsa, qapıçılar üzrə məqşçi vəzifəsini Azərbaycan futbolunun tanınmış siması, milli komandamızın sabiq üzvü Hüseyn Məhəmmədov yerinə yetirəcək.