"Neftçi"nin oyununun biletləri 2 manatdan satışa çıxarılacaq

"Neftçi"nin oyununun biletləri 2 manatdan satışa çıxarılacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının 1-ci turunda "Şamaxı" ilə qarşılaşacaq.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar"ın bölgə təmsilçisi ilə oyununun biletləri matçdan bir gün əvvəl satışa çıxarılacaq.

Biletlərin qiymətləri 2 ("Şərq 1", "Şərq 2", "Forza", "Qərb 2" sektorları), 3 ("Cənub üst" sektoru), 5 ("Cənub alt" sektoru), 15 ("VIP Silver" sektoru) və 20 ("VIP Gold" sektoru) AZN təşkil edəcək.

Azarkeşlər biletləri stadionun kassasından əldə etmək mümkün olacaq.

Kassa avqustun 15-i saat 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan oyun saatına qədər işləyəcək.

Azarkeşlər mövsümlük biletləri onlayn şəkildə https://bilet.neftchi.az saytından əldə edə bilər.

Ölkə çempionatının ilk turunun "Neftçi" - "Şamaxı" oyunu avqustun 16-da, saat 20:00-da start götürəcək.