RƏSMİ: Daha bir polşalı qapıçı Azərbaycan Premyer Liqasında

RƏSMİ: Daha bir polşalı qapıçı Azərbaycan Premyer Liqasında

Yay hazırlığını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə anlaşıb.

"Mediasport" xəbər verir ki, Gəncə klubu Kaçper Rosanı transfer edib.

Polşalı qapıçı ilə bir illik müqavilə imzalanıb.

30 yaşlı qolkiperin son klubu vətənində Yüksək Liqa təmsilçisi "Motor" olub.

Rosa 2024/2025-ci illər mövsümündə 17 çempionat matçında komandasının qapısını qoruyub.