“Sumqayıt”ın iki legioneri yığma komandalarına çağırıldı

“Sumqayıt”ın iki legioneri milli komandalara dəvət alıb.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi Ronaldo Vaskes Dominkan yığmasının düşərgəsində olacaq.
O, martın 22-si və 26-da Puerto Riko millisi ilə yoxlama görüşlərində şans qazana bilər.
Tresor Mossi isə dünya çempionatının seçmə mərhələ matçı üçün Burundi yığmasına çağırılıb.
Müdafiəçinin komandası martın 21-də Fil Dişi Sahili, 25-də isə Seyşel adaları ilə üz-üzə gələcək.