1-ci Liqa: "Səbail" xal itirdi, "Şəfa" ardıcıl 4-cü qələbəsini qazandı

1-ci Liqa: "Səbail" xal itirdi, "Şəfa" ardıcıl 4-cü qələbəsini qazandı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 4-cü turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 3 matç baş tutub.

Çempionluğa əsas iddialı "Səbail" xal itirib, "Şəfa" isə ardıcıl 4-cü qələbəsini qazanıb.

Tura sabah yekun vurulacaq.


Azərbaycan 1-ci Liqası. 4-cü tur


1 oktyabr (çərşənbə)

“Şahdağ Qusar” – “Mingəçevir” 0:0

Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Şamaxı OİK stadionu


2 oktyabr (cümə axşamı)

“Şimal” – “Səbail” 0:0

Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Qəzənfər Məmmədov, Kamran Əliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Nəriman Axundov

Şamaxı OİK stadionu


“Zaqatala” – “Baku Sportinq” 1:1

Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Mirnihat Seyidov, Ruslan Quliyev

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Zaqatala OİK stadionu


“Şəfa” – MOİK 4:1

Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Rəhman Aslanov, Emin Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Binə qəsəbə stadionu


3 oktyabr (cümə)

“Cəbrayıl” – “Difai” 

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Vüqar Bayramov, Murad Səlimov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Azər Əsgərov

Şamaxı OİK stadionu