Azərbaycan klubu heyətini qanalı yarımmüdafiəçi ilə gücləndirdi
İKinci dövrənin hazırlıqlarını Bakıda davam etdirən "Baku Sportinq" heyətinə yeni legioner cəlb edib.
"Mediasport" xəbər verir ki, Premyer Liqaya çıxmağı hədəfləyən 1-ci Liqa təmsilçisi Con Anademi ilə müqavilə bağlayıb.
19 yaşlı qanalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Komandanın digər transferi "Qəbələ"dən ayrılan hücumçu Elşad Tağıyevdir. 24 yaşlı forvardla anlaşma mövsümün sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, paytaxt klubu liqada 12 turdan sonra 25 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb.
Bakılılar lider “Şəfa”dan 5 xal geri qalırlar.

