Latviya klubunda oynamış futbolçu Azərbaycan 1-ci Liqasında

Azərbaycan 1-ci Liqasında çempionluğa oynayan "Şəfa" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, I Liqa təmsilçisi Ramin Nəsirlini transfer edib.
Yarımmüdafiəçi karyerası ərzində "Neftçi", "Dauqavpils" (Latviya) və "Araz-Naxçıvan" kimi komandaların şərəfini qoruyub.
Qeyd edək ki, “Şəfa” I Liqada 3 turdan sonra 9 xalla liderdir.