"Şəfa"dan 8 qol, "Mingəçevir" turnir cədvəlində "Səbail"i ötüb keçdi
Futbol üzrə Azərbaycan 1-ci liqasında 16-cı tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.
Lider "Şəfa" "Difai"ni darmadağın edərək mövqeyini möhkəmləndirib.
Premyer Liqaya iddialılardan "Mingəçevir" "Səbail"in xal itkisindən maksimum yararlanaraq 3-cü pilləni ələ keçirib.
Elitaya çıxmaq istəyən "Səbail" və "Baku Sportinq" bu tur "sülh" bağlayıb.
Azərbaycan 1-ci liqası. 16-cı tur
24 fevral (çərşənbə axşamı)
“Şimal” – “Cəbrayıl” 3:2
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Rəşad Quliyev, Ruslan Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı OİK stadionu, 15:00
“Səbail” – “Baku Sportinq” 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman Aslanov, İslam Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Bayıl Arena”, 17:00
25 fevral (çərşənbə)
“Şahdağ Qusar” – “Zaqatala” 1:0
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elçin Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı OİK stadionu, 15:00
“Difai” – “Şəfa” 1:8
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Samir Qaracayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Törə Əhmədova
Ağsu şəhər stadionu, 15:00
“Mingəçevir” – MOİK 2:0
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00

