Azərbaycanın 1-ci Liqa klubuna texniki məğlubiyyət verildi

Azərbaycanın 1-ci Liqa klubuna texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi "Cəbrayıl"la görüşdə qaydaları pozan 1-ci Liqa təmsilçisi "Qaradağ Lökbatan"a texniki məğlubiyyət verib.

"Mediasport" xəbər verir ki, Qaradağ klubu 20-ci tur görüşündə meydana adları protokolda olmayan futbolçuları daxil edib.

Bu səbəbdən klub 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib. “Qaradağ Lökbatan” həmçinin 400 manat cərimə ödəyəcək.

Matç 0:0 hesabı ilə başa çatmışdı.