"Xankəndi" bombardirini saxladı
1-ci Liqaya hazırlaşan “Xankəndi” Bəhruz Teymurovla yeni müqavilə bağlayıb.
"Mediasport" xəbər verir ki, anlaşma qarşıdakı mövsümü əhatə edəcək.
Hücumçu karyerası ərzində “Karvan”, “Xəzər Lənkəran”, “Şəmkir”, MOİK, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Kəpəz” və “Şamaxı” klublarında çıxış edib.
O, Azərbaycanın U-19 yığmasının formasını geyinib.
Bəhruz Teymurov “Şamaxı” ilə 1-ci Liqanın çempionu, “Zaqatala” ilə gümüş və bürünc medalçı, “Karvan” ilə isə ölkə çempionatının bürünc mükafatçısı olub.
Xatırladaq ki, “Xankəndi” 2025/2026 mövsümündə 2-ci Liqada çempion olaraq 1-ci Liqaya yüksəlib.


