Azadə Atakişiyeva dünya çempionatında finala yüksəldi

Azərbaycan gimnastı Azadə Atakişiyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatında finala yüksəlib.
"Mediasport" xəbər verir ki, təmsiçimiz buna halqa ilə hərəkətlərdə nail olub.
Atakişiyeva təsnifat mərhələsində səkkizinci yeri tutmaqla finalda mübarizə aparmaq hüququ qazanıb.
Həlledici yarış iyunun 22-də baş tutacaq.