Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümü üçün püşkatma mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak ediblər.
E.Abbasov yeni mövsümlə bağlı detallı məlumat verib, ardınca püşkatma keçirilib.
34-cü dəfə keçiriləcək və 12 komandanın (“Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Şamaxı”, "Karvan", "İmişli") iştirakı ilə təşkil olunacaq liqanın startı debütant "İmişli"nin matçı ilə olacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-də start götürəcək.
Azərbaycan Premyer Liqası. 1-ci tur
"İmişli" - "Turan Tovuz"
"Neftçi" - "Şamaxı"
"Sabah" - "Qarabağ"
'Sumqayıt" - "Kəpəz"
"Karvan" - "Qəbələ"
"Zirə" - "Araz-Naxçıvan"
Tədbirdə həmçinin III dövrədə ev sahibi olacaq komandanı müəyyənləşdirmək üçün püşk atılıb.
III dövrənin püşkatması
XXIII tur
"Zirə" - "Kəpəz"
"Qarabağ" - ""Araz-Naxçıvan"
"Karvan" - "Sumqayıt"
'Şamaxı" - "İmişli"
"Sabah" - "Qəbələ"
"Neftçi" - "Turan Tovuz"