"Qarabağ" "sülh" bağladı, "Araz-Naxçıvan" "Sumqayıt"a uduzdu
Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları davam edir.
"Mediasport" xəbər verir ki, ikinci oyun gününün ilk matçında "Qəbələ" doğma azarkeşlər önündə "Qarabağ"dan 1 xal alıb.
Günün digər görüşündə "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib.
Xatırladaq ki, ilk gündə "İmişli" "Zirə" ilə heç-heçə edib (0:0), "Sabah" isə "Kəpəz"ə (0:1) uduzub.
Tura sabah yekun vurulacaq. "Turan Tovuz" "Karvan"la, "Neftçi" "Şamaxı" ilə qarşılaşacaq.
Azərbaycan Premyer Liqası. 31-ci tur
9 may
"Qəbələ" - "Qarabağ" 1:1
Qol: İsmail Akinade, 57 - Kadi Borges, 29.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu
19:30 "Sumqayıt" - "Araz-Naxçıvan" 2:1
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


