Suraxanıda Yaşar Sultanovun xatirəsini yad etdilər - FOTOLAR

Suraxanıda Yaşar Sultanovun xatirəsini yad etdilər - FOTOLAR

"Turan Tovuz" bugünlərdə dünyasını dəyişmiş İdarə heyətinin üzvü Yaşar Sultanovun xatirəsini yad edib.

"Mediasport" xəbər verir ki, Azərbaycan Premyer Liqasının 8-ci turunun "Qarabağ"la görüşündən əvvəl mərhum klub rəsmisinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Vaxtilə "Turan Tovuz"un himayəçilərindən olmuş Yaşar Sultanovun ruhuna ehtiram əlaməti olaraq pankart açılıb.

Qeyd edək ki, oktyabrın 5-də dünyasını dəyişmiş Yaşar Sultanov AFFA İcraiyyə Komitəsinin sabiq üzvü və Tovuz klubunun vitse-prezidenti olub.