Xankəndi şəhər stadionunun nə vaxt hazır olacağı AÇIQLANDI
Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhər stadionunun hazır olacağı tarixi açıqlayıb.
"Mediasport" xəbər verir ki, nazir arenanın sentyabr ayına qədər tam hazır olacağını bildirib.
O, stadion üçün ölkə xaricindən bəzi avadanlıqların gətiriləcəyini qeyd edib.
Fərid Qayıbov ləngimənin səbəbini III MDB Oyunları çərçivəsində keçirilən oxatma yarışları ilə əlaqələndirib.
