"Turan Tovuz" avrokuboklara buraxılmadı - CAS-dan son qərar
İdman Arbitraj Məhkəməsi (CAS) "Turan Tovuz"un müraciəti ilə bağlı qərarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, qurum UEFA Apellyasiya Orqanının iyunun 2-də çıxardığı qərarı qüvvədə saxlayıb.
15 iyun tarixində verilən qərara əsasən, "Turan Tovuz" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə iştirak etməyəcək.
Mövsümün nəticələrinə və ardıcıllıq prinsiplərinə əsasən, Azərbaycanı UEFA Avropa Konfrans Lqiasında "Neftçi" ilə yanaşı, "Zirə" təmsil edəcək.


