Milli komandamızın futbolçusu böyükhesablı məğlubiyyət aldı

Milli komandamızın futbolçusu böyükhesablı məğlubiyyət aldı

Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü Niderland Yüksək Liqasında növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçinin formasını geyindiyi "Volendam" 5-ci turda “Qo Ehed İqlz”ın qonağı olub.

Görüş ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kökçü meydana 62-ci dəqiqədə daxil olub.

“Volendam” 4 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb, lider “Feyenoord”un 12 xalı var.