“Turan Tovuz” bütün komanda ilə müdafiəyə çəkildi" - İmad Fərəc
“Turan Tovuz” bütün komanda ilə müdafiəyə çəkildi. Buna görə də oyunu çevirmək alınmadı. Ümid edirəm ki, növbəti oyunda özümüzə gəlib “Qəbələ” ilə matçdan üç xalla ayrılacağıq”.
"Mediasport" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu İmad Fərəc deyib.
Mərakeş əsilli fransalı Premyer Liqanın 23-cü turunda evdə "Turan Tovuz"a məğlub olduqları görüşdən sonra jurnalistlərə açıqlama verib:
"Oyunun çox vacib olduğunu bilirdik. Ona görə də azarkeşlərdən stadiona çox gəlmələrini xahiş etmişdik. Qalib gəlmək istəyirdik. Düşünürəm ki, ilk hissədə qol vursaydıq, oyunun gedişi tam fərqli olardı”.
26 yaşlı vinger “Neftçi”nin avrokubok şansını belə qiymətləndirib:
“Hər oyuna ayrı yanaşmaq istəyirik. Məncə, belə düşünmək daha yaxşıdır: hər matçı qazanmağa fokuslanmaq lazımdır".
Xatırladaq ki, "Neftçi" avrokubok uğrunda əsas rəqiblərindən "Zirə", "Sumqayıt" və "Araz-Naxçıvan"ın büdrədiyi turda "Turan Tovuz"a uduzub.
