Cənubi Amerika materikinin ən güclü klubu məlum oldu - VİDEO
Libertadores Kubokunun 2026-cı il üçün qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Cənubi Amerika materikinin ən güclü komandası "Palmeyras" olub.
Final qarşılaşması Uruqvayın Montevideo şəhərindəki "Sentenario" stadionunda baş tutub.
Həlledici dueldə Argentinanın "Estudiantes" klubuna 1:0 hesabı ilə qalib gələn Braziliya təmsilçisi tarixində 4-cü dəfə titula sahib çıxıb.
"Palmeyras" daha əvvəl 1999, 2020 və 2021-ci illərdə kuboku qazanıb.

