Azərbaycan Premyer Liqası: Son 4 mövsümün tamaşaçı sayı açıqlandı

Azərbaycan Premyer Liqası: Son 4 mövsümün tamaşaçı sayı açıqlandı

Azərbaycan Premyer Liqasında geridə qalan son 4 mövsümün tamaşaçı sayı açıqlanıb.

"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 2021/2022 mövsümündə 112 oyunda ümumilikdə 89010 azarkeş (orta göstərici 795) görüşləri tribunadan izləyib.

2022/2023 mövsümündə bu rəqəm 261564 (orta göstərici 1453), 2023/2024 mövsümündə 276487 (orta göstərici 1536), 2024/2025 mövsümündə 275933-ə (orta göstərici 1533) çatıb. Hər üç mövsümdə 180 qarşılaşma keçirilib.

Xatırladaq ki, futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.