"Turan Tovuz" Sumqayıt səfərində, "Neftçi" "Zirə"nin qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Bir raunddan ibarət olacaq cütlərdə "Şahdağ Qusar" - "Turan Tovuz" duelinin qalibi 1/4 finalda "Araz-Naxçıvan" - "Kəpəz" görüşünün güclüsü ilə qarşılaşacaq.
"Zirə" - "Neftçi" qarşılaşmasında sevinən tərəfin isə 1/4 finalda rəqibi "Difai" - "Sumqayıt" matçının qalibi olacaq.
Raunda dekabrın 4-də yekun vuurlacaq.
Azərbaycan Kuboku. 1/8 final
15:00. "Şahdağ Qusar" - "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Sumqayıt, "SOCAR Polymer Arena".
19:00. "Zirə" - "Neftçi"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu.
