Tarixində ikinci dəfə eyni uğuru təkrarlayan 6-cı komanda

I Liqada çempion müəyyənləşib. “Qəbələ” MOİK üzərində 1:0 hesablı ev qələbəsi ilə sona 4 tur qalmış qızıl medallara sahib çıxıb.
"Mediasport" xəbər verir ki, Kaxaber Çxadadzenin baş məşqçisi olduğu komanda xallarını 58-ə çatdırıb. I Liqanın lideri 2-ci pilləni 14 xal qabaqladığı üçün 1-ci yeri təmin edib.
Bu, “qırmızı-qaralar”ın ikinci belə uğurudur. Bölgə təmsilçisi 2005/06 mövsümündə də birinci dəstənin qalibi olub. Həmin vaxt Xanları (indiki Göygöl) təmsil edən “Gilan” sonradan Qəbələyə köçüb, bir müddət sonra adını da dəyişib.
“Qəbələ” müxtəlif illərdə I dəstə və I divizion adlanan I Liqada 2 dəfə çempionluq yaşayan 6-cı komandadır. Bunadək 5 komanda - “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” I Liqada çempionluq sayında rekorda sahib olub. Ümumilikdə, 26 klub aşağı dəstədə 1-ci yeri tutub.
Düzdür, 1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.
I Liqanın qalibləri
1992. ANS Pivani (Bakı)
1993. Xəzri (Buzovna)
1993/94. Azneftyağ (Bakı) və Zabrat
1994/95. Şəmkir
1995/96. Xəzər (Sumqayıt)
1996/97. Göyçay
1999/2000. Şahdağ (Quba)
2000/01. MOİK (Bakı)
2001/02. Lokomotiv (İmişli)
2003/04. Gənclərbirliyi (Sumqayıt)
2004/05. Şüvəlan (Bakı)
2005/06. Qəbələ
2006/07. Masallı
2007/08. Bakılı
2008/09. ABN (Bərdə)
2009/10. Kəpəz (Gəncə)
2010/11. Abşeron (Bakı)
2011/12. Qaradağ Lökbatan (Bakı)
2012/13. Ağsu
2013/14. Araz Naxçıvan
2014/15. Neftçala
2015/16. Neftçala
2016/17. Turan Tovuz
2017/18. Xəzər (Bakı)
2018/19. MOİK (Bakı)
2019/20. Turan Tovuz
2020/21. Neftçi-2 (Bakı)
2021/22. Qaradağ Lökbatan (Bakı)
2022/23. Araz Naxçıvan
2023/24. Şamaxı
2024/25. Qəbələ
Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.