"Sabah" üçün yubiley heç-heçəsi

 "Sabah" üçün yubiley heç-heçəsi

Azərbaycan Premyer Liqasının XII turu "Sabah" klubu üçün yubiley heç-heçəsi ilə əlamətdar olub.

"Mediasport" xəbər verir ki, Bakı təmsilçisi turnirdə 60-cı dəfə meydandan 1 xalla ayrılıb.

Bu, "Şamaxı" ilə qarşılaşmaya təsadüf edib – 0:0. "Sabah" Premyer Liqada keçirdiyi 223-cü matçda 60-cı "sülh"lə kifayətlənib.

Paytaxt təmsilçisi çempionatlar tarixində 60 və ya daha çox heç-heçə edən 14-cü komandadır. Bakılılar evdə 32, səfərdə 28 dəfə bərabərə qalıb.

Qeyd edək ki, yarışın 33 illik tarixində ən çox heç-heçə edən komanda "Neftçi"dir – 222.