"Turan Tovuz"dan ayrılan futbolçu Rusiya klubunda forma geyinəcək

  "Turan Tovuz"dan ayrılan futbolçu Rusiya klubunda forma geyinəcək

"Turan Tovuz"dan ayrılan qapıçı Sergey Samokun yeni klubu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, o, 1-ci Liqa təmsilçisi "Veles"lə (Rusiya) 1 illik müqavilə imzalayıb.

Sergey 2025/2026 mövsümündə Premyer Liqa klubunun heyətində ümumilikdə 32 oyuna çıxıb və 12 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.